BAKI, 19 iyul. TELEQRAF

İngiltərə millisinin futbolçusu Deklan Rays 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa ilə keçirilən matçda erkən qolla fərqlənib.

Teleqraf xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi qarşılaşmanın 134-cü saniyəsində – 2-ci dəqiqə 14-cü saniyədə hesabı açıb.

Bu, İngiltərə millisinin son 5 ildə vurduğu ən sürətli qol olub. Yığmanın bundan əvvəlki belə göstəricisi 2021-ci il Avropa çempionatının finalında İtaliya ilə görüşdə qeydə alınıb. Həmin matçda Lüke Şou 2-ci dəqiqədə fərqlənmişdi.

Qeyd edək ki, İngiltərə İtaliya ilə finalda penaltilər seriyasında məğlub olmuşdu.