BAKI, 19 iyul. TELEQRAF

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda İngiltərə ilə keçirilən matçda tarixi göstəriciyə imza atıb.

Teleqraf xəbər verir ki, ulduz futbolçu qarşılaşmada dubl edərək mundiallardakı qollarının sayını 22-yə çatdırıb.

Bununla da Mbappe 21 qolu olan Argentina millisinin kapitanı Lionel Messini geridə qoyaraq dünya çempionatları tarixinin bombardiri olub.

Qeyd edək ki, Mayamidə keçirilən qarşılaşmanın ikinci hissəsi davam edir və hesab İngiltərənin xeyrinə 4:3-dür.

***

02:21

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda İngiltərə ilə keçirilən matçda fərqlənib.

Teleqraf xəbər verir ki, ulduz futbolçu ikinci hissədə komandasının ilk qolunu vuraraq hesabı 1:4 edib.

Bu, Mbappenin dünya çempionatlarında 21-ci qolu olub.

Bununla da fransalı hücumçu mundiallar tarixinin bombardirləri siyahısında Lionel Messiyə çatıb.