BAKI, 19 iyul. TELEQRAF

2026-cı il dünya çempionatının qalibi bu gün müəyyənləşəcək.

Teleqraf xəbər verir ki, final matçında İspaniya və Argentina milliləri qarşılaşacaqlar.

İspaniya tarixində ikinci dəfə dünya çempionu olmağa çalışacaq. Argentina isə ardıcıl ikinci, ümumilikdə dördüncü mundial titulunu qazanmaq niyyətindədir.

Qeyd edək ki, İspaniya - Argentina qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.