BAKI, 19 iyul. TELEQRAF

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays 2026-cı il dünya çempionatında fərqlənib.

Teleqraf xəbər verir ki, “Arsenal”ın futbolçusu Fransa ilə üçüncü yer uğrunda matçın 3-cü dəqiqəsində cərimə meydançasının xaricindən dəqiq zərbə ilə hesabı açıb.

Bununla da Rays DÇ-2026-da İngiltərə millisinin heyətində qol vuran ilk Premyer Liqa futbolçusu olub.

Buna qədər yığmanın turnirdəki qollarını Harri Keyn (“Bavariya”), Cud Bellinqem (“Real Madrid”) və Entoni Qordon (“Barselona”) vurmuşdu.