BAKI, 19 iyul. TELEQRAF

İngiltərə millisi 2026-cı il dünya çempionatını üçüncü pillədə başa vurub.

Teleqraf xəbər verir ki, Tomas Tuxelin komandası bürünc medal uğrunda matçda Fransaya 6:4 hesabı ilə qalib gəlib.

İngiltərənin heyətində Bukayo Saka het-trik edib. Deklan Rays, Ezri Konsa və Cud Bellinqem hərəyə bir dəfə fərqləniblər.

Fransa millisində Kilian Mbappe dubl edib. Bredli Barkola və Usman Dembele də rəqib qapısına yol tapıblar.

Bununla da İngiltərə yığması tarixində ilk dəfə dünya çempionatının bürünc medalını qazanıb. Bu, komandanın 60 il sonra DÇ-də qazandığı ilk medal olub.

***

03:02

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında 10-cu qol vurulub.

Teleqraf xəbər verir ki, ingilislər hesabı 6:4 edib.

***

02:59

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında 9-cu qol vurulub.

Teleqraf xəbər verir ki, fransızlar yenidən hesabı minimuma endirib - 4:5.
***

02:50

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, 86-cı dəqiqədə ingilislər penalti zərbəsini dəqiq yerinə yetirib - 3:5.

Bukayo Saka het-triklə yadda qalıb.

***

02:30

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, Fransa yığması fərqi minimuma endirib - 3:4.

Mbappe 66-cı dəqiqədə dubl müəllifi olub.

***

02:18

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, Fransa yığması fərqi 2-yə endirib - 2:4.

Bredli Barkola 54-cü dəqiqədə ingilisləri məyus edib.

***

01:11

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, Fransa yığması fərqi 3-ə endirib - 1:4.

"Üçrənglilər"in heyətində Kilian Mbappe komandasının ilk qolunu vurub.

***

02:05

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda keçirilən Fransa - İngiltərə qarşılaşmasında ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, İngiltərə millisi fasiləyə 4:0 hesablı üstünlüklə yollanıb.

Qolları Deklan Rays, Ezri Konsa və Bukayo Saka (dubl) vurublar.

***

01:50

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda keçirilən Fransa – İngiltərə matçının ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, İngiltərə millisi fasiləyə 4:0 hesablı üstünlüklə yollanıb.

Hesabı 3-cü dəqiqədə Deklan Rays açıb. Ezri Konsa 18-ci dəqiqədə fərqi artırıb. Bukayo Saka isə 37-ci və 45+1-ci dəqiqələrdə fərqlənərək dubl edib.

***

01:47

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, ingilislər fərqi 4-ə çatdırıb.

Bukayo Saka 45+1-ci dəqiqədə dubl müəllifi olub.

***

01:37

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında növbəti qol vurulub.

Teleqraf xəbər verir ki, ingilislər fərqi 3-ə çatdırıb.

37-ci dəqiqədə Bukayo Saka fərqlənib.

***

01:19

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında ikinci qol vurulub.

Teleqraf xəbər verir ki, ingilislər fərqi 2-yə çatdırıb.

Yığmanın heyətində Ezri Konsa 18-ci dəqiqədə qolla yadda qalıb.

***

01:03

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa - İngiltərə matçında hesab açılıb.

Teleqraf xəbər verir ki, 3-cü dəqiqədə İngiltərə yığması hesabda önə keçib - 1:0.

Komandanın heyətində kapitan Deklan Rays fərqlənib.

***

01:00

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa və İngiltərə milliləri arasında oyun başlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşma ABŞ-nin Mayami şəhərində keçirilir.

Komandalar mundialı üçüncü pillədə başa vurmaq uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, Fransa yarımfinalda İspaniyaya 0:2, İngiltərə isə Argentinaya 1:2 hesabı ilə məğlub olub.