BAKI, 19 iyul. TELEQRAF
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda Fransa ilə keçiriləcək matçın start heyətində “Arsenal”ın üç futbolçusuna yer verib.
Teleqraf xəbər verir ki, Deklan Rays, Bukayo Saka və Ebereçi Eze qarşılaşmaya ilk dəqiqələrdən başlayacaq.
Bu, 2002-ci ildən sonra ilk belə haldır. Həmin il Braziliyaya qarşı dünya çempionatının 1/4 final matçında “Arsenal”ın futbolçuları Devid Siman, Sol Kempbell və Eşli Koul İngiltərənin start heyətində yer almışdılar.
Qeyd edək ki, Mayamidə keçiriləcək Fransa - İngiltərə görüşü iyulun 19-da Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.