BAKI, 18 iyul. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.
Teleqraf.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
“Rakuv” Mahirin komandaya gəliş anonsunu “Bayatı-Şiraz” muğamı ilə anons edib.
Qeyd edək ki, Mahir Emreli bir illik icarə əsasında Polşa təmsilçisinin heyətinə qoşulub.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.