BAKI, 18 iyul. TELEQRAF
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Filipe Markeşi transfer edib.
28 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, Filipe Markeşin son klubu Portuqaliyanın “Amora” komandası olub.