BAKI, 18 iyul. TELEQRAF

İspaniya və Argentina milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının finalı maraqlı məqamla əlamətdar olacaq.

Teleqraf xəbər verir ki, həlledici qarşılaşmada “Bavariya”nın heç bir futbolçusu iştirak etməyəcək.

Belə hal sonuncu dəfə 1978-ci ildə qeydə alınıb. Həmin vaxtdan etibarən keçirilən bütün dünya çempionatlarının finalında Münhen klubunun ən azı bir oyunçusu yer alıb.

Qeyd edək ki, İspaniya - Argentina matçı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Argentina yığması ardıcıl ikinci dəfə dünya çempionu olmaq üçün mübarizə aparacaq.