BAKI, 18 iyul. TELEQRAF
“Mançester Siti”nin 18 yaşlı futbolçusu Reyqan Heski karyerasını Almaniyada davam etdirəcək.
Teleqraf xəbər verir ki, cinah yarımmüdafiəçisi “Köln”ə transfer olunub.
Almaniya klubu gənc oyunçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Məlumata görə, “Mançester Siti” bu keçiddən 2 milyon avro qazanacaq.
Qeyd edək ki, Heski ötən mövsüm “Mançester Siti”nin gənclər komandasında 40 oyuna çıxıb, 13 qol vurub və 16 məhsuldar ötürmə edib. O, əsas komandada yalnız bir dəfə meydana çıxıb.