BAKI, 18 iyul. TELEQRAF
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq “Neftçi”nin açıq məşqi baş tutub.
Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçirilən hazırlıq prosesini azarkeşlər və media nümayəndələri izləyiblər.
Komanda məşqin ilk 15 dəqiqəsini media üçün açıq keçirib. Futbolçular isinmə hərəkətləri etdikdən sonra topla çalışıblar. Hazırlıq daha sonra qapalı rejimdə davam edib.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” (Minsk) arasında ilk oyun iyulun 22-də Bakıda keçiriləcək. Cavab görüşü isə iyulun 30-da baş tutacaq.