BAKI, 18 iyul. TELEQRAF
“Baş məşqçimiz Yuri Vernidunun qarşısına qoyulan əsas hədəf çempionluqdur”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.
Mütəxəssis Bakıda Belarusun "Dinamo" (Minsk) komandası ilə keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışıb:
“Hazırlıqlarımız yaxşı keçdi. Komandamız Sloveniyada 20-dən çox məşq keçirdi. 4 yeni transferimiz var. Həm baş məşqçimiz, həm də futbolçularımız məmnundur.
Freddi Varqas izlədiyimiz transferlərdən biridir. Hazırda sona yaxınlaşırıq. Amma imza atmadan nəsə deyə bilmərik. Baş məşqçimizlə hər gün görüşürük. Maliyyə olaraq bizdən hər hansı tələbi yoxdur”.