BAKI, 18 iyul. TELEQRAF
“Əminliklə deyə bilərəm ki, komanda daha da güclənəcək. Bu gün komandanın sütünu var”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Bakıda Belarusun "Dinamo" (Minsk) komandası ilə keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib:
“Rəqibin ölkəsində çempionat davam edir. Düşünmürəm ki, asan oyun olacaq. Biz də bu oyuna hazırıq. Əlimizdən gələni edəcəyik”.
Mütəxəssis Slovenyada yaxşı hazırlıq keçirdiklərini bildirib:
“Təlim-məşq toplanışı çox yaxşı keçdi. İstədiyimiz yoldaşlıq görüşlərini keçirdik. Rəqiblərimiz pis deyil. Hər zaman qələbə qazanmaq istəyirik. Amma təlim-məşq toplanışının əsas məqsədi yükləmələrdir. Təlim-məşq toplanışından məmnun qaldım. Önəmlisi odur ki, toplanışı zədəsiz başa vurduq.
Komandada 4 yeni futbolçu var. Heyəti gücləndirmək yönündə işlər davam bilir. Konkret olaraq istədiyimiz oyunçular üzərində işlər gedir. İstəmirik, bu yöndə səhvlərə yol verək. Hamımız çalışırıq ki, birlikdə qrup mərhələsinə yüksələk".
Vernidub yeni transferlər barədə də məlumat verib:
“Sağ cinah hücumçusu axtarılır. Hər şey yaxşı olsa, “8 nömrə” də transfer etmək istəyirik”.