BAKI, 18 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” - “Dinamo” (Minsk, Belarus) oyununun hakim təyinatları bəlli olub.

Teleqraf xəbər verir ki, iyulun 22-də Bakıda baş tutacaq ilk qarşılaşmanı Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edəcək.

Ona Marios Kaloqirou və Giorgios Çaralampous kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofytou yerinə yetirəcək.

Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu iyulun 30-da Minskdə təşkil olunacaq.