BAKI, 18 iyul. TELEQRAF

"Kəpəz" komandasının baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. “Kəpəz” ilk turda “Sabah”la qarşılaşacaq.