BAKI, 18 iyul. TELEQRAF

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Teleqraf xəbər verir ki, O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 22-də Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.