BAKI, 17 iyul. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford gələcəyi ilə bağlı qərarını verib.

Teleqraf "Sport.es" nəşrinə istinadən xəbər verir ki, o, yeni mövsümün hazırlığına İngiltərə klubunun heyətində başlayacaq.

Buna səbəb İspaniyanın “Barselona” klubunun Almaniyanın Dortmund “Borussiya” komandasından cinah oyunçusu Kərim Adeyemini transfer etməsi olub. Hücumçu bu keçiddən sonra Kataloniya təmsilçisinin artıq onun transferində maraqlı olmadığını anlayıb.

Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu “Barselona”nın qərarından narazıdır. O, İspaniya təmsilçisinin onu heyətində saxlamaq üçün daha uzun müddət mübarizə aparacağını düşünüb. Hətta komandada qalmaq naminə maaşının azaldılmasına da razı olub.

Bildirilir ki, “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik Reşforda güvənir və onu komandanın planlarına daxil edib.

Bununla yanaşı, ingiltərəli hücumçu Avropanın aparıcı klublarından təklif alacağı halda “qırmızı şeytanlar”ı tərk etməyə hazırdır.