BAKI, 17 iyul. TELEQRAF

“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq.

Bolqarıstan komandası I təsnifat mərhələsində İrlandiyanın “Derri Siti” kollektivini iki oyunun ümumi nəticəsinə əsasən 5:3 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Qeyd edək ki, “Qarabağ” da İslandiyanın “Vestri” klubunu hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib və ümumi nəticədə 6:0 üstün olub.