BAKI, 17 iyul. TELEQRAF

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, “ağ-qaralar” Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq.

Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını mübarizədən kənarlaşdırıb.

“Neftçi” ilk görüşü iyulun 23-də Bakıda keçirəcək. Cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda baş tutacaq.