BAKI, 17 iyul. TELEQRAF
Braziliya futbolunun əfsanəsi Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma hərracda satılıb.
Teleqraf xəbər verir ki, üzərində 10 nömrə olan tarixi forma “Sotheby’s” hərrac evində 4,88 milyon dollara alıcı tapıb.
Pele həmin mundialın finalında İsveç millisinə qarşı meydana çıxıb. Braziliyanın 5:2 hesabı ilə qalib gəldiyi görüşdə o, iki qol vurub.
Əfsanəvi futbolçu turniri ümumilikdə 6 qolla başa vurub və ən yaxşı gənc oyunçu seçilib. Mundialın ən yaxşı futbolçusu mükafatını isə onun komanda yoldaşı Didi qazanıb.
Qeyd edək ki, Braziliya 1958-ci ildə tarixində ilk dəfə dünya çempionu olub.