BAKI, 16 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının final matçını stadiondan izləyəcək.
Teleqraf xəbər verir ki, Trampın FİFA prezidenti Canni İnfantino ilə birlikdə kuboku qalib komandaya təqdim edəcəyi gözlənilir.
Argentina və İspaniya yığmaları arasında həlledici qarşılaşma Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək.
Qeyd edək ki, bu, Donald Trampın DÇ-2026-da stadiondan izləyəcəyi ilk oyun olacaq.