BAKI, 16 iyul. TELEQRAF
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyanın “Payde” klubu ilə qarşılaşacaq.
“Zirə” I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu mübarizədən kənarlaşdırıb.
Bakı təmsilçisi hər iki oyunda 3:0 hesabı ilə qalib gələrək ümumi nəticədə 6:0 üstün olub.