BAKI, 16 iyul. TELEQRAF

“Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo”ya qarşı keçirdiyi cavab oyununda üstünlüyünü artırıb.

Teleqraf xəbər verir ki, Kutaisidə keçirilən qarşılaşmanın ikinci hissəsi başlayıb.

Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb. “Zirə”nin ikinci qolunu Amin Seydiyev vurub. İlk qolun müəllifi isə 25-ci dəqiqədə fərqlənən Eren Aydın olub.

Hazırda iki oyunun nəticəsinə görə ümumi hesab 5:0 “Zirə”nin xeyrinədir.

***

20:47

“Torpedo” - "Zirə" matçında ilk hissə başa çatdı.

***

20:39

"Zirə" “Torpedo” ilə matçda fərqi 2-yə çatdırıb.

Teleqraf xəbər verir ki, "Zirə"nin heyətində Amin Seydiyev fərqlənib.

***

20:26

"Zirə" “Torpedo” ilə matçda hesabı açıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk qolu 25-ci dəqiqədə qeydə alınıb.

"Zirə"nin heyətində türkiyəli futbolçu Eren Aydın fərqlənib.

***

20:00

“Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində cavab matçına çıxıb.

Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Gürcüstanda “Torpedo”nun qonağıdır.

Kutaisidə keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda “Zirə” rəqibini 3:0 hesabı ilə məğlub edib. Cütün qalibi turnirin II təsnifat mərhələsinə yüksələcək.