BAKI, 16 iyul. TELEQRAF
“Zirə” bu gün UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi Gürcüstanın “Torpedo” komandası ilə səfərdə üz-üzə gələcək.
Kutaisidəki Ramaz Şengeliya stadionunda keçiriləcək qarşılaşmanı Macarıstandan olan baş hakim Mihali Kapray idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Zirə” Sumqayıtda keçirilən ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Paytaxt təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə, Litvanın “Hegelmann” və Estoniyanın “Payde” komandaları arasında keçirilən cütün qalibi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul
20:00. “Torpedo” (Gürcüstan) – “Zirə”
Baş hakim: Mihali Kapray (Macarıstan).
Ramaz Şengeliya stadionu (Kutaisi).