BAKI, 16 iyul. TELEQRAF
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində qol və məhsuldar ötürmələrin ümumi sayına görə rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın yarımfinalında İngiltərəni 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.
Messi dünya çempionatlarında keçirdiyi 33 oyunda ümumilikdə 33 qol töhfəsi verib. Argentinalı futbolçu bu görüşlərdə 21 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bu göstəricidə onun ən yaxın izləyicisi Kilian Mbappedir. Fransa millisinin hücumçusu mundiallarda 20 qol və 5 məhsuldar ötürmə olmaqla, ümumilikdə 25 qol töhfəsi verib.
Qeyd edək ki, Argentina İngiltərə üzərində qələbə qazanaraq DÇ-2026-nın finalında İspaniyaya rəqib olub.