BAKI, 15 iyul. TELEQRAF
“Qalatasaray” Mauro İkardi ilə yollarını ayırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçu ilə bağlı vida mesajı yayıb:
"Qalatasaray"da 4 mövsüm keçirən Mauro İkardi 4 dəfə Superliqa titulunu, eləcə də Türkiyə Kubokunu və Super Kubokunu qazanıb.
"Qalatasaray"da 134 oyun keçirən argentinalı ulduz 77 qol vurub və 25 məhsuldar ötürmə edib.