BAKI, 15 iyul. TELEQRAF

DÇ-2026-nın yarımfinal mərhələsində keçirilən İngiltərə - Argentina qarşılaşmasında tarixi göstərici qeydə alınıb.

Teleqraf “Opta”ya istinadla xəbər verir ki, komandalar ilk 30 dəqiqə ərzində qapılara bir dəfə də zərbə endirməyiblər.

Mənbənin məlumatına görə, bu, belə statistikanın aparıldığı 1966-cı ildən bəri dünya çempionatlarında ilk hadisədir. Matçda ilk zərbə yalnız 33-cü dəqiqədə qeydə alınıb.

Əvvəlki rekord İngiltərə ilə Norveç arasında keçirilən 1/4 final görüşünə məxsus idi. Həmin oyunda ilk zərbə 29-cu dəqiqədə vurulmuşdu.

Qeyd edək ki, Atlantada keçirilən qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb.