BAKI, 15 iyul. TELEQRAF
“Yuventus” yeni transferini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, Turin təmsilçisi hücumçu İsmael Konatenin “Empoli”dən keçidini açıqlayıb.
20 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb. O, “Bianconeri”nin gənclər komandasında çıxış edəcək.
Konate ötən mövsümün ilk hissəsini “Empoli”də keçirib və Seriya B-də 5 oyunda meydana çıxıb. Daha sonra 2026-cı ilin yanvarında Seriya C təmsilçisi “Lekko”ya icarəyə verilib. Hücumçu burada 19 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, İsmael Konate İtaliyanın U-20 millisində 10 oyun keçirib.