BAKI, 15 iyul. TELEQRAF

"Şamaxı" klubu İsraildən olan futbolçu Teşager Dequnu transfer edib.

Teleqraf xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, Teşager Dequ son olaraq İsraildə "İroni" (Modin) klubunun formasını geyinib.