BAKI, 15 iyul. TELEQRAF
İspaniya milli komandası futbol üzrə dünya rekorduna şərik çıxıb.
Teleqraf xəbər verir ki, İspaniya yığması 2026-cı il dünya çempionatının yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək məğlubiyyətsiz oyunlar seriyasını 37 matça çatdırıb.
Bununla da “Qırmızı furiya” öz tarixinin ən uzun məğlubiyyətsiz seriyasını yeniləyib. Komanda daha əvvəl 2007–2009 və 2023–2026-cı illərdə 36 oyunluq seriyaya sahib idi.
İspaniya həmçinin 2018–2021-ci illərdə ardıcıl 37 oyunda məğlub olmayan İtaliya millisinin dünya rekordunu təkrarlayıb.
Qeyd edək ki, İspaniya yığması sonuncu dəfə 2023-cü ilin martında Şotlandiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.