BAKI, 15 iyul. TELEQRAF
“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, İstanbul klubu Meyson Qrinvudun transferini rəsmən açıqlayıb.
İngiltərəli hücumçu ilə 3 illik müqavilə imzalanıb. Transferin dəyəri 39 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, 24 yaşlı futbolçunun son klubu “Marsel” olub. Qrinvud ötən mövsüm Liqa 1-də 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Fənərbağça” ötən mövsüm Türkiyə çempionatını ikinci pillədə başa vurub. İstanbul təmsilçisi sonuncu dəfə 2014-cü ildə ölkə çempionu olub.