BAKI, 14 iyul. TELEQRAF

İspaniya millisinin hücumçusu Mikel Oyarzabal yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, 29 yaşlı futbolçu buna 2026-cı il dünya çempionatının yarımfinalında Fransa ilə oyunda nail olub.

Oyarzabal qarşılaşmanın 22-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Bu, hücumçunun 2025/26 mövsümündə İspaniya millisində vurduğu 14-cü qol olub.

Bu, İspaniya millisinin rekordudur. Əvvəlki göstərici David Vilyaya məxsus idi. O, 2008/09 mövsümündə yığmada 13 qol vurmuşdu.

Qeyd edək ki, Fransa - İspaniya yarımfinal matçı davam edir. Hazırda İspaniya 1:0 hesabı ilə öndədir.