BAKI, 14 iyul. TELEQRAF
“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi növbəti raundda Finlandiyanın "Kups" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” I təsnifat mərhələsində Uels çempionu TNS-i məğlub edib - 4:1.
"Kups" isə Şimali Makedoniya təmsilçisi “Vardar”ı (4:3) mübarizədən kənarlaşdırıb.