BAKI, 14 iyul. TELEQRAF

2026-cı il dünya çempionatının yarımfinalında keçirilən Fransa - İspaniya matçında birinci hissə başa çatıb.

Teleqraf xəbər verir ki, fasiləyə İspaniya millisinin 1:0 hesablı üstünlüyü ilə yollanıb.

Görüşdə yeganə qolu 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal vurub.

Qeyd edək ki, qarşılaşma ABŞ-ın Arlinqton şəhərində keçirilir.

***

23:22

2026-cı il dünya çempionatında Fransa millisi İspaniya ilə qarşılaşır.

Teleqraf xəbər verir ki, görüşdə hesabı Mikel Oyarzabal açıb.

O, 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

***

23:00

2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin ilk oyununa start verilib.

Teleqraf xəbər verir ki, Fransa millisi İspaniya ilə qarşılaşır.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi finalda İngiltərə-Argentina cütünün qalibi ilə üz-üzə gələcək.