BAKI, 14 iyul. TELEQRAF
Norveç millisinin hücumçusu Erlinq Haland və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il dünya çempionatında xüsusi göstəriciyə imza atıblar.
Teleqraf xəbər verir ki, hazırda yalnız bu iki futbolçu mundialda hər üç üsulla - sağ ayaq, sol ayaq və başla qol vurmağı bacarıb.
Holand turnirdə 7 qol vurub. Bellinqem isə 6 dəfə fərqlənib.
Qeyd edək ki, İngiltərə millisi 1/4 finalda Norveçi 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.