BAKI, 14 iyul. TELEQRAF

“Qəbələ” yeni mövsümə hazırlığını davam etdirir.

Teleqraf xəbər verir ki, bölgə təmsilçisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

“Qırmızı-qaralar” ilk yoxlama matçında “Kəpəz”lə qarşılaşıb. Görüş 2:1 Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” iyulun 19-da “Sumqayıt”, iyulun 25-də “Şəfa”, iyulun 31-də “İmişli”, avqustun 4-də isə “Şamaxı” ilə üz-üzə gələcək.