BAKI, 14 iyul. TELEQRAF

FIFA referisi Tural Qurbanov UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununa təyinat alıb.

Teleqraf xəbər verir ki, azərbaycanlı hakim “Deçiç”lə “Liepaya” arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Qurbanova yan xətt hakimləri Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, “Deçiç” – “Liepaya” oyunu iyulun 15-də Monteneqronun Tuzi şəhərindəki “Tuşko Polje” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.