BAKI, 13 iyul. TELEQRAF
Dünya çempionatı tarixinin unudulmaz finallarından birinin üzərindən 12 il ötür.
Teleqraf xəbər verir ki, 2014-cü il iyulun 13-də Braziliyanın “Marakana” stadionunda Almaniya və Argentina yığmaları finalda üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qol vurulmayıb. Kubokun taleyi əlavə vaxtda həll olunub. 113-cü dəqiqədə Mario Götze fərqlənərək Almaniyaya dünya çempionluğunu qazandırıb.
Argentina millisinin kapitanı Lionel Messi həmin görüşdə 120 dəqiqə meydanda olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Maraqlıdır ki, Almaniya millisi həmin uğurdan sonra növbəti iki dünya çempionatında qrup mərhələsini adlaya bilməyib. Bundestim hazırda davam edən mundialda isə 1/16 finalda Paraqvaya uduzaraq mübarizəni dayandırıb.