BAKI, 13 iyul. TELEQRAF
DÇ-2026-nın yarımfinal mərhələsində keçiriləcək Fransa - İspaniya matçı bir dəqiqəlik sükutla başlayacaq.
Teleqraf xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb.
O bildirib ki, qarşılaşmadan əvvəl 2016-cı il iyulun 14-də Nitsa şəhərində törədilən terror aktının qurbanlarının xatirəsi yad olunacaq:
“Fransa - İspaniya matçından əvvəl, 10 il öncə Nitsada baş vermiş terror aktının qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan ediləcək. Bunun üçün FIFA prezidentinə təşəkkür edirəm. Bunu heç vaxt unutmayacağıq”.
Qeyd edək ki, Fransa – İspaniya oyunu sabah ABŞ-ın Arlington şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.