BAKI, 13 iyul. TELEQRAF
Kolumbiya millisinin hücumçusu Haminton Kampas dünya çempionatından sonra vətəninə qayıtmayıb.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, 26 yaşlı futbolçu sosial mediada aldığı ölüm təhdidləri səbəbindən ABŞ-də qalıb.
Kampas 2026-cı il dünya çempionatının 1/8 finalında İsveçrə ilə matçda əsas vaxtın bitməsinə 6 dəqiqə qalmış əlverişli qol imkanından yararlana bilməyib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:4 hesabı ilə uduzan Kolumbiya mundialla vidalaşıb.
Qeyd edək ki, Kolumbiya futbolunda buna bənzər ağır hadisə daha əvvəl də yaşanıb. 1994-cü il dünya çempionatından sonra Andres Eskobar ABŞ ilə oyunda avtoqol müəllifi olduğu üçün ölkəsində öldürülmüşdü.