BAKI, 13 iyul. TELEQRAF
“Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşıb.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Qarşılaşma 0:1 hesabı ilə xorvatların başa çatıb.
Bununla da “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışını yekunlaşdırıb.
Qeyd edək ki, “Neftçi” bunadək keçirdiyi yoxlama oyunlarında Serbiyanın “Radniçki Niş” klubunu 3:0 hesabı ilə məğlub edib, Serbiyanın “Partizan” komandasına 0:1, Rumıniyanın ÇFR klubuna isə 1:2 hesabı ilə uduzub.