BAKI, 13 iyul. TELEQRAF
Belçika millisinin qapıçısı Tibo Kurtuanın zədəsinin durumu bəlli olub.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, dünya çempionatının İspaniya ilə 1/4 final matçında zədələnərək əvəzlənən qolkiper bu gün tibbi müayinədən keçib. Kurtuanın ciddi zədəsinin olmadığı müəyyənləşib.
Belçikalı qapıçının fasilədən sonra meydana qayıda biləcəyi bildirilir. Bu isə onun yeni mövsümə “Real Madrid”də başlamasına maneə olmadığı anlamına gəlir.
Qeyd edək ki, daha əvvəl mətbuatda Kurtuanın iki aya qədər yaşıl meydanlardan uzaq qala biləcəyi iddia olunurdu. Belçika yığması isə 1/4 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıb.