BAKI, 13 iyul. TELEQRAF
“Real Madrid” 2026/27 mövsümü üçün kapitanlar siyahısını müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə “Score90” məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid təmsilçisinin əsas kapitanı Federiko Valverde olacaq. Siyahıda növbəti yerləri Vinisius Junior, Tibo Kurtua və Rodriqo Qoys tutub.
Qoys zədə səbəbindən mövsümün bir hissəsini buraxacağı üçün onu Andriy Lunin əvəzləyəcək.
Qeyd edək ki, ötən mövsüm “Real”ın əsas kapitanı Dani Karvaxal idi. Valverde, Kurtua və Vinisius Junior isə ikinci kapitan kimi çıxış edirdilər.