BAKI, 13 iyul. TELEQRAF
"Zirə"dən ayrılan futbolçu Fuad Bayramov I Liqa təmsilçisi "Səbail"lə anlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
28 yaşlı müdafiəçinin müqaviləsinin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Fuad Bayramov 2024-cü ildən "Zirə"nin formasını geyinib.