BAKI, 12 iyul. TELEQRAF
Futbol üzrə Seneqal millisinin bayığma ş məşqçisi Pape Tiau vəzifəsindən ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası məlumat yayıb.
45 yaşlı mütəxəssis 2024-cü ildən milli komandaya rəhbərlik edirdi. Seneqal yığması onun başçılığı altında hazırda davam edən dünya çempionatında 1/16 final mərhələsinə qədər irəliləyib.
Qeyd edək ki, Seneqal millisi mundialda mübarizəni Belçikaya 2:3 hesablı məğlubiyyətdən sonra dayandırıb.