BAKI, 12 iyul. TELEQRAF

“Barselona” Ferran Torresin PSJ-yə keçidinə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubu 26 yaşlı hücumçunu 50 milyon avroya satmağa hazırdır. Futbolçunun Paris təmsilçisi ilə aktiv danışıqlar apardığı bildirilir.

Daha əvvəl “Barselona”nın bonuslarla birlikdə 45 milyon avroluq təklifi rədd etdiyi qeyd olunur. PSJ-nin baş məşqçisi Luis Enrike Torresin transferində şəxsən maraqlıdır. İspaniyalı mütəxəssis futbolçunun universallığını yığmada birlikdə çalışdıqları vaxtdan yüksək qiymətləndirir.

Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Barselona” bu keçiddən əldə edəcəyi vəsaiti Xulian Alvaresin transferinə xərcləmək istəyir.