BAKI, 12 iyul. TELEQRAF
2026-cı il Dünya Çempionatının 1/4 final mərhələsinə yekun vurulub.
Teleqraf xəbər verir ki, DÇ tarixində ilk dəfə FIFA reytinqinə görə dünyanın ən yaxşı dörd komandası yarımfinala yüksəlib: Argentina (1), İspaniya (2), Fransa (3) və İngiltərə (4).
Yarımfinal mərhələsində Argentina İngiltərə, Fransa isə İspaniya ilə oynayacaq.