BAKI, 11 iyul. TELEQRAF

“Milan”ın əfsanəvi müdafiəçisi Paolo Maldini İtaliya Futbol Federasiyasının texniki direktoru təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Gazzetta dello Sport”un məlumatına görə, sabiq futbolçu federasiya ilə dörd illik müqavilə imzalayıb. O, texniki direktor vəzifəsi ilə yanaşı, İtaliyanın bütün yaş qrupları üzrə milli komandalarının fəaliyyətini əlaqələndirən “Club Italia” qurumunun prezidenti postunu da icra edəcək.

Bildirilir ki, Maldininin müşaviri “Milan” və PSJ-nin sabiq idman direktoru Leonardo olacaq.

Qeyd edək ki, Maldini 2019–2023-cü illərdə “Milan”ın texniki direktoru vəzifəsində çalışıb.