BAKI, 11 iyul. TELEQRAF

“Real Madrid”in və Belçika millisinin qapıçısı Tibo Kurtuanın meydanlara qayıdacağı tarix açıqlanıb.

Teleqraf “Mundo Deportivo”ya istinadən xəbər verir ki, DÇ-2026-nın 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzduqları görüşdə əzələ zədəsi alan Kurtuanın zədəsinin ciddi olmadığı müəyyənləşib.

Qarşılaşmanın ikinci hissəsində əvəzlənən və 4-8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilən 34 yaşlı qolkiperin zədəsi “Real Madrid”in heyətində yeni mövsümə vaxtında başlamasına mane olmayacaq. Zərurət yaranarsa, hazırlıq prosesinin ilk mərhələsində onu ukraynalı qapıçı Andrey Lunin əvəz etməyə hazırdır.

Bununla belə, Kurtuanın mövsümün startına qədər tam bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, “Real Madrid” yeni mövsümdə ilk oyununu avqustun 17-də “Real Sosyedad”a qarşı keçirməlidir. Lakin Kilian Mbappenin dünya çempionatının yarımfinalında iştirakı səbəbindən bu görüşün qısa müddətə təxirə salınması ehtimalı da var.