BAKI, 6 iyul. TELEQRAF

Dünya çempionatları tarixinin ən titullu 3 komandası DÇ-2026 ilə erkən vidalaşıb.

Teleqraf xəbər verir ki, mundialın 1/8 final mərhələsində Braziliya millisi Norveçə 1:2 hesabı ilə uduzub. Almaniya isə Paraqvaya penaltilər seriyasında məğlub olaraq turnirdən kənarda qalıb.

Beləliklə, dünya çempionatları tarixinin ən titullu komandalarından ikisi mübarizəni erkən dayandırıb. Braziliya 5, Almaniya isə 4 dəfə dünya çempionu olub. Mundiala qatıla bilməyən İtaliya yığmasının da aktivində 4 çempionluq var.

Hazırda dünya çempionatlarının ən titullu komandaları arasında yalnız üçqat dünya çempionu Argentina yarışda qalır.